Xəbər verildiyi kimi, Rusiya Federasiyasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı bu ölkənin "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" federal qanununun beynəlxalq əməkdaşlığa dair bölməsində müvafiq dəyişiklik olunub.
Məlumat üçün bildirək ki, bu qanuna əsasən Rusiya Federasiyasına idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq və nümunələrin götürülməsi tələbi qoyulur. Həmçinin qanunda Rusiya Federasiyasına ixracı nəzərdə tutulmuş bitki məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin tətbiqi ilə bağlı məcburi tələblərə uyğunluğunun yoxlanılması müddəaları yer alıb.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilmiş və həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri nəticəsində respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız bitki mühafizə vasitələrinin gətirilməsinin qarşısı alınmışdır. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır