Rusiya dünyanı aclıq təhlükəsinə doğru sürükləyir.
Foodinfo.az xəbər verir ki, bu barədə BMT Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli deyib.
Bisli Rusiya prezidentinə çağırış edib: “Prezident Putin sizə səslənirəm, əgər qəlbiniz varsa, xahiş edirik, bu limanları açın”.
Onun sözlərinə görə, Ukrayna limanlarında depolara yığılan taxılın ixrac edilməməsi qlobal ərzaq təhlükəsizliyinə qarşı elan edilmiş müharibədir: “Limanlar açılmasa, qıtlıq və kütləvi köç yaşana bilər”.
BMT Baş katibi Antonio Quterreş qlobal aclıq səviyyəsinin yeni rekorda doğru getdiyini, son iki ildə aclıqla üzləşən insanların 135 milyondan 276 milyona çıxdığını açıqlayıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı