Alimlər adi qabyuyan süngərdə çoxlu sayda bakteriyanın yaşadığını aşkar ediblər. Bunun əvəzinə, qabları fırça ilə yumaq daha yaxşıdır.
Foodinfo.az xəbər verir ki, 2022-ci ildə aparılan araşdırma zamanı qabyuyan süngərdə planetimizdəki insanların sayından daha çox bakteriya yaşadığı məlum olub. Üstəlik, süngəri hər gün dəyişdirməsəniz, bu bakteriyaların artmasını dayandırmaq mümkün deyil. Fırçada isə mikrobların sayı daha azdır, çünki o, süngərdən daha tez quruyur.
Lakin onu da qeyd edək ki, qabyuyan süngərlər müxtəlif xəstəliklərə səbəb olan mikrobları yığmır. Buna görə də, istəsəniz, 10 Avropa ölkəsindən 8-nin sakinləri kimi, süngərlərdən istifadə etməyə davam edə bilərsiniz.