İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.
Foodinfo.az-ın məlumatına görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi, həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.