Qaraciyərin sağlamlığını qorumaq üçün pəhrizinizə tərəvəz, ət, süd məhsulları əlavə etmək, həmçinin su balansını qorumaq lazımdır. Foodinfo.az bildirir ki, bu barədə “Invitro” şirkətinin aparıcı tibb eksperti Violetta Burdakova RuNews24.ru-ya müsahibəsində danışıb.
Həkim daha az fast food, soda, konservləşdirilmiş yeməklər və spirt qəbul etməyi tövsiyə edib. Mövcud xroniki xəstəlikləri olan insanlar bu məhsullardan xüsusilə uzaq durmalıdırlar.
Burdakova terapevtik pəhriz qaydalarına riayət etməyin vacib olduğunu vurğulayıb. Həkimin sözlərinə görə, kiçik hissələrdə gündə dörd-beş dəfəyə qədər yemək lazımdır. Yeməkləri yağ əlavə etmədən buxarda və ya sobada bişirmək daha yaxşıdır.