Rusiyada sarımsaq və zəncəfilin idxalında kəskin artım qeydə alınıb. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 2020-ci il aprelin 1-dən 6-dək Rusiyaya 2,4 min ton təzə zəncəfil idxal edilib. Bu idxalın həcmi keçən ilin bu vaxtı ilə müqayisədə 12 dəfə çoxdur. Eyni zamanda, son zamanlar özünütəcrid rejimində olan Rusiyaya keçən illə müqayisədə iki dəfədən çox, yəni 2,5 min ton sarımsaq gətirilib.