Azərbaycan Heyvandarlıq Assosiasiyasında (AHA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə rəhbərləri ilə görüş keçirilib.
AHA-dan Foodinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, eləcə də FAO-nun Azərbaycan nümayəndəliyinin layihə rəhbərləri Elməddin Namazov və Ülkər Abdullazadə iştirak ediblər.
Görüş zamanı ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən işlərdən danışılıb və mövcud problemlər barədə müzakirələr aparılıb.
Eyni zamanda, ölkəmizdə heyvandarlığın inkişafı, idxal olunan xarici cins heyvanların yetişdirilməsi, müasir heyvandarlıq üçün zəruri olan qida rasionları və ərzaq riskləri, eləcə də fermerlərin maarifləndirilməsi üçün sahə tədris mərkəzlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin söhbət zamanı Azərbaycan Heyvandarlıq Assosiasiyasının tərkibində qoyunçuluğun inkişafı üçün FAO nümayəndələrinin təklif etdiyi layihə və fermerlərin bu layihəyə cəlb olunmasının zəruriliyi müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycanda qoyunçuluğun və ümumilikdə heyvandarlığın inkişafı, eləcə də yerli cins heyvanların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, digər mövzular ətrafında müzakirələr aparılıb.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər