Paytaxt Bakıda ət kəsimi yerlərində quzu ətinin qiyməti bahalaşıb. Əmlik quzu ətinin qiyməti "cib yandırır". Foodinfo.az-ın məlumatına görə, satıcılar bildirirlər ki, bahalşma bir neçə gündür olub. Satıcılara görə, bahalaşmasının səbəblərindən biri xüsusilə qış aylarında yaşanan quzu qıtlığıdır. Onlar bölgələrdən quzunu indi daha baha aldıqlarını deyirlər. Fermerlər də qiymətin yerində artdığını təsdiq edirlər. Bildirirlər ki, son günlər yaşanan qiymət dəyşiklikləri, xüsusilə ot və yemin baha olması səbəbindən əmlik quzuların qiymətləri də qalxıb. Bildirilir ki, yaxın aylarda quzu ətinin ucuzlaşacağı gözlənilmir https://youtu.be/ACLPzV9TJvE