Mingəçevirdə restoranda yanğın hadisəsi baş verib. Foodinfo.az xəbər verir ki, hadisə gecə saat 03 radələrində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1980-ci il təvəllüdlü Bayramov Uğur Fabir oğluna məxsus “Zeytun” adlı restoranda yanğın hadisəsi olub. Hadisənin qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Restoran yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Fakta bağlı araşdırma aparılır.