Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) ölkədə “McDonald's”a əvəz olaraq “Dyadya Vanya” (Дядя Ваня) adlı əmtəə nişanı ilə bağlı ərizə qəbul edib. Foodinfo.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb. “Dyadya Vanya”nın loqotipi kiril qrafikası ilə qırmızı rəng fonunda sarı rəngdə yazılmış “В” hərfindən ibarətdir. Sözügedən loqo ilk baxışdan “McDonald's” restoranlar şəbəkəsinin loqosunu xatırladır. Hazırda ərizə rəsmi olaraq nəzərdən keçirilir. Xatırladaq ki, “McDonald's” Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu xəbərə münasibət bildirib: “Yaxşı, bağlayın. Amma sabah orada “McDonald’s” yox, “Vanya dayıda” olmalıdır. İş yerləri saxlanılsın, qiymətlər isə endirilsin”.