Rusiya taxıl ixracına tətbiq etdiyi rüsumu mayın 25-dən mayın 31-nə qədərki həftə ərzində də azaldacaq.
Foodinfo.az xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, bu müddətdə 1 ton buğdanın ixrac üçün 110,5 dollar ABŞ dolları, 1 ton arpa və qarğıdalının ixracı üçün isə 76,5 ABŞ dolları rüsum tutulacaq. Bu qiymətlər adi halda müvafiq olaraq 357,9 ABŞ dolları və 294,3 ABŞ dollarıdır.
Xatırladaq ki, mayın 18-dən 24-nə qədərki həftə ərzində 1 ton buğdanın ixrac üçün 111,9 dollar ABŞ dolları, 1 ton arpanın ixracı üçün isə 76,5 ABŞ dolları, 1 ton qarğıdalının icracı üçün isə 77,3 ABŞ dolları rüsum müəyyən edilib.
Ölkədə taxıl ixracı üçün minimum rüsum isə bu il martın 16-dan martın 22-nə qədərki həftə ərzində - 86 dollar/ton təşkil edib.
Hazırda Rusiyada buğdanın baza qiyməti 200 dollar/ton, qarğıdalı və arpanın baza qiyməti isə 185 dollar/tondur.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı