Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə fonunda RF şəhərlərində ərzaq dükanlarında oğurluq halları artıb.  Foodinfo.az xəbər verir ki, mağaza sahibləri də belə halların qarşısını almaq üçün qeyri-adi üsula əl atıblar. Məsələn, Sankt-Peterburq şəhərindən paylaşılan görüntülərdə yağların “anti-oğru” müdafiəsi ilə qorunduğu əks olunub. Fotolarda bu cür məhsulların plastik keyslərə yığıldığı görünür. Hətta qiyməti 95 rubl (iki manat) olan ən ucuz yağ da belə qabda satılır. Ərzaqlardan başqa, ülgüclər və ətir kimi bahalı mallarda da belə qablaşdırmalar var. Eyni hallar İjevskdə də müşahidə olunub.