Rusiya Federasiyasının Udmurt Respublikasının Sarapul şəhərində 6 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsinin saytında bildirilib. Məlumata görə, həmin içkidən içən daha bir kişi də tibbi yardımla bağlı müraciət edib və o sağ qalıb. Naməlum tərkibli içkini satmaqda şübhəli bilinən 52 yaşlı yerli sakin saxlanılıb.