Saç tökülməsinin səbəblərindən biri də düzgün qidalanmamaqdır. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, yaşıl yarpaqlı tərəvəzlər saçların tökülməsinin qarşısını almaq üçün faydalıdır. Belə ki, bu məhsulların tərkibində olan dəmir saçların möhkəmlənməsinə yardım olur. Dəmir çatışmazlığı qandakı oksigen səviyyəsini azaldaraq orqanlara və saç köklərinə zərər vurur.
Saç tökülməsinə fayda verən digər məhsullar isə tərkibində C vitamini olan meyvələrdir. Bunlar sırasına portağal, qreyfurt, qarpız və çiyələkdir.
Fərid