
Azərbaycanda koronavirusun "Omikron" ştamı ilə bağlı son vəziyyət açıqlanıb.
Foodinfo.az-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da "Omikron" ştamına yoluxmalar artır.
Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb.
"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur", - o vurğulayıb.