
Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur:
"Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".
Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır:
"22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".