Kəklikotu immun sistemi üçün çox faydalıdır, orqanizmdə iltihabları azaldır, virus və mikrob əleyhinə təsir edir.
Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər.
Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, kəklikotu çayını hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.