Sürətlə və sağlam şəkildə arıqlamaq istəyirsinizsə, seçdiyiniz qidalar həm maddələr mübadiləsini sürətləndirməli, həm də uzun müddət toxluq hissi verməlidir. 

Foodinfo.az sürətlə arıqladan qidaları təqdim edir:

Yumurta

Tam zülal mənbəyidir, səhərlər yeyildikdə gün boyu tox saxlayır, axşam həddindən artıq yeməyin qarşısını alır.

Yaşıl çay

Tərkibindəki katexinlər və az miqdarda kofein metabolizmanı sürətləndirir, yağ yandırmanı dəstəkləyir.

Yulaf əzməsi

Həzm sistemini tənzimləyir, uzun müddət tox saxlayır, qan şəkərini stabilləşdirərək ani aclıq hisslərinin qarşısını alır.

Qırmızı bibər (acı)

Tərkibindəki kapsaisin maddəsi yağ yandırmanı sürətləndirir və iştahanı azaldır.

Yağsız kəsmik qatıq

Zülal və probiotiklərlə zəngindir, əzələ kütləsini qoruyur və qarın piylərinin azaldılmasına kömək edir.

Avokado

Faydalı yağlar sayəsində toxluq hissi yaradır, insulin balansını qoruyur, amma miqdarına diqqət etmək şərtdir, çoxlu kalori ehtiva edir.

Toyuq sinəsi balıq

Aşağı kalorili, yüksək zülallı qidalar olduqları üçün arıqlama zamanı əzələ itkisinin qarşısını alır və maddələr mübadiləsini aktiv saxlayır.

Ərik, alma, armud, giləmeyvə

Şəkərli qəlyanaltılar əvəzinə meyvələr seçmək aclığı yatırır, eyni zamanda orqanizmi lif və vitaminlə təmin edir.

Çuğundur kələm

Az kalorilidir, amma bağırsaqları təmizləyərək maddələr mübadiləsini sürətləndirir və detoks effekti yaradır.

Bu qidalarla yanaşı, bol su içmək, şəkərli içkilərdən və hazır qidalardan uzaq durmaq, hərəkətdə qalmaq arıqlama prosesini daha effektiv edir. Hər kəsin bədən tipi fərqli olduğu üçün sürətli, amma sağlam arıqlama üçün pəhriz və həyat tərzi fərdiləşdirilməlidir.