Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 16-da ölkə üzrə 415 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr. 1 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus “Bulud” kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küç., ev 249F ünvanında yerləşən, fiziki şəxs Məmmədova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kabab” restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanında yerləşən, fiziki şəxs Abbasov Akif Elşən oğluna məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 3154-ci məhəllədə yerləşən, fiziki şəxs Qəhramanov Zaur Nəriman oğluna məxsus pub;
5. Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsi 139 ünvanında yerləşən, fiziki şəxs İsayev Azərə məxsus “Barış” restoranı;
6. Sumqayıt şəhəri, Bələdiyyə parkının ərazisində yerləşən, fiziki şəxs İsayev Mehman Xandadaş oğluna məxsus "Zeytun” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir