Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq leşlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Foodinfo.az xəbər verir ki, Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib.
Quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub.
Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib: “Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq.
Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı