1 ədəd orta ölçülü kələm 500 q çəkilmiş ət 2 baş soğan 1/2 st bişmiş noxud 1/3 st yumru düyü 1 st dənə alça turşusu 1 st təmizlənmiş şabalıd 3 x.q əridilmiş kərə yağı Bir dəstə keşniş və şüyüd Duz Istiot Hazırlanması: Kələmin orta hissəsini bıçaqla kəsib qaynayan suda pörtürük. Suyuna az duz tökürük. Pörtdükdən sonra orta qalın zolağını kəsirik. Böyük olanları iki yerə bölürük.Dolmanın içliyini hazırlamaq üçün çəkilmiş ətin üstünə soğanı soyaraq yuyub blenderdən keçirib tökürük. Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Noxudu tökürük. Düyünü təmizləyərək yuyub onu da ətin üstünə əlavə edirik. Yağ, duz və istiotu əlavə edib qarışdırırıq. Kələmin yarpağını götürüb içlikdən qoyuruq. Sonra bir şabalıd və bir turşu qoyub bükürük. Bu şəkildə bütün dolmaları büküb qazana yığırıq. Qalan turşu və şabalıdı bükülən dolmaların üstünə qoyuruq. Dolmaların üstünə çıxanadək qaynamış su töküb ağzına qab çevirib bişməyə qoyuruq. Normal odda dolmanı bişiririk. Kəfi çıxanda yığırıq. Suyu çəkilib yağa düşdükdə yeməyimiz hazır olacaq.