Uşaqlar üçün fast food istehlakı mümkün qədər gec yaşda və məhdud miqdarda olmalıdır. 

Foodinfo.az-ın məlumatına görə, uşaqlar 5-6 yaşından sonra nadir hallarda və nəzarət altında fast food yeyə bilərlər. 

Kiçik yaşlı uşaqların orqanizmi inkişaf üçün yüksək qida dəyərinə malik qidalara ehtiyac duyur. Fast food isə adətən yüksək miqdarda duz, şəkər, yağ və kalori, çox az miqdarda da vitamin və minerallar ehtiva edir.  

Uşaqların həzm sistemi ağır və yağlı yeməkləri həzm etməkdə çətinlik çəkə bilər, bu da qarın ağrısı və həzmsizlik yarada bilər.  

Erkən yaşda tez-tez fast food yemək artıq çəki, şəkərli diabet, ürək xəstəlikləri və digər sağlamlıq problemlərinə də səbəb ola bilər.  

Əgər uşaqlara fast food verilməli olarsa, porsiyalar kiçik tutulmalı və daha sağlam seçimlərə üstünlük verilməlidir (məsələn, qızardılmış yerinə sobada bişirilmiş yeməklər). Bununla yanaşı, onların balanslı və sağlam ev yeməkləri ilə qidalanması daha önəmlidir.