Yenidən dondurulmuş qidalar zərərlidir. Foodinfo.az bildrir ki, əgər siz nə vaxtsa bir şeyi əridib sonra yenidən dondurucuya atmısınızsa, yaxşı olar ki, həmin əşyalardan qurtulun. Fakt budur ki, defrost və sonradan dondurma prosesi bakteriyaların böyüməsi ehtimalını artırır. Həmçinin iki saatdan artıq ərimiş qidaları dondurmaq məsləhət görülmür.
USDA Qida Təhlükəsizliyi və Təftiş Xidmətinə görə, dondurulmuş yeməklər və məhsullar üç-dörd ay ərzində istehlak edilməlidir. Bundan sonra onların keyfiyyəti çox pisləşir. Əgər bir şey dondurucunuzda altı aydan çox qalarsa, o zaman onunla vidalaşmağın vaxtı gələ bilər.
Zamanla buz ətrafdakı qidaların qoxularını və dadlarını özünə çəkir. Və bu baş verdikdən sonra bu dad və qoxulardan qurtulmaq mümkün olmayacaq.
Bbişmiş məhsulları üç aydan altı aya qədər dondurucuda saxlamaq olar, lakin pendir və ya qaymaqlı desertlər bir ay ərzində yeyilməlidir.