Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Afrika qitəsindən kənarda meymunçiçəyi epidemiyası əhalinin təcili kütləvi peyvənd edilməsini tələb etməyəcək.
Foodinfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Riçard Pibodi açıqlama verib.
O, bu xəstəliyə qarşı dərhal istifadə oluna bilən vaksinlərin və antiviral dərmanların tədarükünün məhdud olduğunu etiraf edib, lakin əlavə edib ki, mövcud vəziyyət geniş miqyaslı peyvənd tələb etmir.
Pibodinin sözlərinə görə, gigiyena, əllərin tez-tez yuyulması bu virusun yayılmasını məhdudlaşdırmağa kömək edəcək.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı