Qovun yay aylarının ən məşhur meyvələrindən biridir. Onun sağlamlığa çox faydaları var.
Qovun lifli xüsusiyyəti sayəsində həzm sisteminin sağlam və aktiv şəkildə işləməsinə kömək edir, eyni zamanda həzm sisteminin hərəkətlərini tənzimləməyə kömək edir. C vitamini ilə zəngin bir meyvə olan qovun immunitet sisteminin güclənməsinə də töhfə verir.
Tərkibindəki faydaları ilə son dərəcə xeyirli bir meyvə olan qovun qabığının da ciddi faydaları var. Qovun qabığını atmaq əvəzinə bu şəkildə istifadə edə bilərsiniz.
Məlum olub ki, İbn Sinanın illər əvvəl tövsiyə etdiyi qovun qabıqlarından bir çox dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Foodinfo.az qovunun dəri üçün faydalarını təqdim edir:
Qovun qabıqları dərini təmiz saxlamaqla yanaşı, dərinin təbii şəkildə nəmlənməsinə də kömək edir.
Mövcud sızanaqların müalicəsini təmin etməklə yanaşı sızanaq izlərinin yox olmasına da töhfə verir.
Göz ətrafını sakitləşdirməyə kömək etməklə birlikdə göz ətrafına qulluqda son dərəcə faydalıdır.
Həmçinin dərini ölü hüceyrələrdən təmizləməyə kömək edir.