“Azərbaycanda 12-18 yaşlı yeniyetmələrə koronavirusa qarşı vaksin tətbiq olunur”. Foodinfo.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu həddin aşağı salınmasına hələ ki lüzum görülməyib: “Yaş həddinin aşağı salınması müzakirə olunmur. Pandemik durumla bağlı istənilən qərar beynəlxalq təcrübəyə və ÜST-nin tövsiyələrinə əsaslanır”.