Tanınmış rusiyalı onkoloq Konstantin Titov «Говорит Москва» radiostansiyasına verdiyi müsahibədə bildirib ki, bədxassəli şişlər bəzi orqanlarda digərlərlə müqayisədə daha tez-tez inkişaf edir. Həkimin sözlərinə görə, xərçəngin ən “sevimli” orqanları arasında süd vəziləri (qadınlarda), dəri, düz və yoğun bağırsaq və həmçinin prostat vəzidir. Titov bildirib ki, erkən mərhələlərdə aşkar olunmuş metastazsız şiş 80-90% hallarda tam müalicə olunur. Həmçinin həkim qeyd edib ki, “xərçəng əsasən yaşlıların xəstəliyidir”. 90% və bundan çox hallarda onkoloji xəstəliklər məhz yaşlı insanlarda qeydə alınır. Onu fikrinə görə son zamanlar yayılmış “xərçəngin cavanlaşması” versiyası özünü doğrultmur. “Xərçəng cavan insanlarda və hətta uşaqlarda da inkişaf edə bilər, lakin buna baxmayaraq xərçəng əksər hallarda yaşlı insanların xəstəliyidir” – onkoloq bildirib.