İngiltərədə bir xəstəyə inək ürəyindən qoşa klapan köçürülüb.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bir ilk sayılan bu transplantasiya xəstə oyaq ikən həyata keçirilib.
İngiltərədə keçmiş tibb işçisi Con Smolvuda ötən il müayinə zamanı ürək çatışmazlığı diaqnozu qoyulmuşdu.
"Ürək çatışmazlığı" ümumi anesteziyaya icazə vermək üçün çox ağır proses olduğu üçün həkimlər onu oyaq ikən əməliyyat etmək qərarına gəliblər.
Lokal anesteziya ilə əməliyyat olunan kişinin ürəyinə inəkdən qoşa klapan köçürülüb. 2 saat davam edən və uğurla keçən əməliyyatın tibb tarixində bir ilk olduğu bildirilib.
Sağlamlığına qovuşan 74 yaşlı kişi özünü çox yaxşı hiss etdiyini deyib:
"Sanki yenidən doğulmuşam. Əvvəllər edə bilmədiyim hər şeyi edə bilirəm" .
İndiyə qədər tək klapan transplantasiyası həyata keçirilirdi. Oxşar əməliyyatlarda inək ürəyindən götürülən klapanlar insan ürəyinə ən oxşar yaxın olduğu üçün köçürülür.
Qeyd edək ki, daha əvvəl donuzdan insana ürək transplantasiyası həyata keçirilib.
ABŞ-ın Merilend ştatında ilk dəfə donuzdan insana ürək transplantasiyası əməliyyatı edilən xəstə 2 ay sonra dünyasını dəyişib.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu