Yaponiya Rusiyadan idxal edilən 38 adda məhsula qadağa qoyub.
Foodinfo.az “RİAA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirilib.
Məlumata görə, idxalı yasaqlanan məhsullar arasında araq, çaxır, pivə, avtomobil, motosiklet, metal emalı avadanlığı, pompalar, ağac məmulatları da var.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər aprelin 19-da qüvvəyə minəcək.
Qeyd edək ki, Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 fiziki və 28 hüquqi şəxsə qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB