Bir əşya var ki, onu paltaryuyan maşına atmaq məsləhət deyil. Bu, quş tükündən hazırlanan yastıqdır. 

 Foodinfo.az xəbər verir ki, bu barədə "TESTBET" test mərkəzinin direktoru Oleq Dranitski danışıb.

Onun sözlərinə görə, tüklü yastıqlar səbəbindən paltaryuyan maşının bütün filtrləri tıxana bilər və çox güman ki, usta çağırmalı olarsınız. Çünki yuyulma prosesində quş tükləri topa-topa yığıla və yastığı yırta bilər. 

Bu cür nəticələrin qarşısını almaq üçün mütəxəssis yumadan əvvəl yastığı xüsusi torbalara qoymağı məsləhət görür. Yastığı kimyəvi təmizləmə yerlərinə aparmaq isə daha yaxşıdır.