Adətən payızda yetişən heyva adi halda istehlak edilə və ya marmelad, mürəbbə, kompot kimi bir çox fərqli şəkildə istifadə edilə bilər. Kalium, maqnezium, manqan və C vitamini ilə zəngin olan heyva xüsusilə sinir sistemi və əzələ funksiyaları üçün vacibdir.
Heyva şəkəri ən az olan meyvələrdəndir. O, qan şəkərini artırmır və lazımsız kalori ehtiva etmir. Bu səbəblə rahatlıqla istehlak edilə bilər.
Gecələr heyva yemək iştahı yatırır və yüksək lif tərkibi sayəsində toxluq hissi verir. Beləliklə, çəki nəzarətinə nail olmaq olur. Yuxudan əvvəl yeyilən bir dilim heyva gecə boyu orqanizmin qan şəkərini balanslı saxlamağa kömək edir. Heyva yeyib yatmaq mədə sağlamlığını qoruyur, turşu əmələ gəlməsinin qarşısını alır, sinəni yumşaldır və öskürəyin qarşısını alır.