Avtomobil sahibi olmaq istəyən hər bir insan onun yeni olmasını istəyir. 

Foodinfo.az xəbər verir ki, yeni avtomobillərin isə insan sağlamlığı üçün bir sıra fəsadları olduğu o qədər də bilinmir. 

Belə ki, yeni avtomobildə xüsusən salon hissədə səthdən yayılan qoxu hər kəsə tanışdır. Ekspertlər isə bu qoxunun fəsadları barədə xəbərdarlıq edirlər. Uzun müddət bu qoxuya məruz qalmaq sağlamlığa ciddi fəsadlar verə bilər. 

Çin və ABŞ-dən olan alimlər tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, 12 gün ərzində açıq havada parklanmış yeni avtomobilin səbəb olduğu xərçəngə yol açan kimyəvi maddələr təhlükəsiz hədləri olduqca aşır.