“Johnson&Johnson” şirkətinin yaratdığı yeni peyvənd COVID-19 virusuna qarşı orqanizmin dayanıqlı immun gücünü yaradır.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, belə bir nəticə vaksinin klinik sınaqlarının birinci və ikinci mərhələsində üzə çıxıb.
Belə ki, 18 yaşından yuxarı 800 nəfər könüllünün iştirak etdiyi sınaqlar zamanı peyvənd vurulandan 29 gün sonra iştirakçıların 99 faizində anticisimlər əmələ gələrkən qızdırma, başağrısı, taqətsizlik kimi yan təsirlər zəif və mülayim olmaqla bir-iki günə keçib. Bu nəticələrin hələlik ilkin xatakter daşıyaraq müstəqil ekspertlər tərəfindən təsdiqlənmədiyi də qeyd olunub.
Çərşənbə günündən üçüncü mərhələsi keçirilən sınaqlarda artıq üç qitənin 8 ölkəsində 60 min könüllü iştirak edir.