YUNESKO-nun Baş direktoru Odri Azule Kiyevə səfərə gəlib.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Azuleni Kiyevdə Ukrraynanın YUNESKO məsələləri üzrə Milli Komissiyasının sədri Emine Japarova qarşılayıb.
“Ukraynanın YUNESKO məsələləri üzrə milli komissiyasının sədri kimi Odri Azuleni Kiyevə qarşılamağa çox şadam”, - deyə E.Japarova bildirib.
Qeyd edək ki, aprelin 3-də Almaniyanın vitse-kansleri Robert Habek də Kiyevə səfər etmişdi.