Şüurlu yuxularla maraqlanan və daha öncə təcrübə üçün öz başını deşən rusiyalı Mixail Raduqa startap qurub.
Foodinfo.az xəbər verir ki, əslən Novosibirskdən olan Raduqa Qazaxıstanda təcrübə apararaq yuxularını idarə etmək üçün beyninə elektrodlar yerləşdirdikdən sonra ABŞ-ın Kaliforniya ştatındakı Silikon Vadisinə köçüb və hazırda burada startap üzərində çalışır.
Belə ki, Raduqa musiqi və səsləri yuxu aləmindən reallığa köçürməyə imkan verəcək texnologiya hazırlamağı planlaşdırır. Bu ideya onun ağlına ilk dəfə yeniyetmə vaxtında, yuxuda "Rammstein" rok qrupunun mövcud olmayan mahnısını eşitdikdə gəlib.
2023-cü ilin iyulunda o, ev şəraitində elektrodları beyninə implantasiya edərək eksperiment keçirib, lakin ciddi problemlər yarandığından cərraha müraciət etməli olub.
Çətinliklərə baxmayaraq, Raduqa tədqiqatlarını davam etdirir, çünki təcrübədə iştirak edən dörd nəfərdən üçü artıq musiqini öz yuxusundan reallığa köçürə bilib. Köçürülən musiqilər arasında "Queen" qrupunun “We Will Rock You” mahnısı da olub.