
Ekran qarşısında keçirdiyimiz saatlar göz sağlamlığını ciddi şəkildə zədələyə bilər. Foodinfo.az bildirir ki, bəzi qidalar bu təsirləri azaltmağa və görmə funksiyalarını qorumağa kömək edir. Yerkökü A vitamini ilə zəngindir və gözün torlu qişasını gücləndirir.
Ispanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər lutein və zeaksantinlə gözləri mavi işıqdan qoruyur. Balıq yağı omeqa-3 yağ turşuları sayəsində göz quruluğunun qarşısını alır. Yumurta sarısı da luteinlə zəngindir və gündəlik istifadəsi tövsiyə olunur.
Qırmızı bibər C vitamini ilə göz hüceyrələrini oksidativ stresdən qoruyur. Bu qidalar göz yorğunluğunu və zəif görməni azaldır. Göz sağlamlığı üçün yetərli su içmək də vacibdir. Həkimlər mütəmadi göz müayinəsini və düzgün işıqlandırma altında işləməyi məsləhət görür. Görməni qorumaq üçün rasionda bu qidaların yeri vacibdir. Profilaktika müalicədən daha önəmlidir.