İspaniyanın Valensiya Universitetinin dermatoloqları pomidorun tərkibindəki likopenin günəşin zərərli şüalarına qarşı bədənin müdafiəsini gücləndirdiyini açıqlayıblar.

Foodinfo.az bildirir ki, araşdırmalarda məlum olub ki, müntəzəm olaraq pomidor və onun tərkibli məhsullar qəbul edən şəxslərdə dərinin günəş yanığına qarşı müqaviməti artır.
Dermatoloq Laura García bildirir ki, likopen həm də dəridəki qocalma proseslərini ləngidir və hüceyrə yenilənməsini dəstəkləyir.
Xüsusilə yay aylarında pomidor salatı, şorba və ya təbii sous şəklində istifadə tövsiyə olunur.