Bu məsləhətləri nəzərə alaraq, mükəmməl qabaran kek hazırlaya bilərsiniz.
Foodinfo.az bu məsləhətləri təqdim edir:
1. Keks xəmirinizi hazırlayarkən inqrediyentlərin otaq temperaturunda olmasına fikir verin. Soyuq inqrediyentlər kekin qalxmasına mane olur.
2. Xəmiri hazırladıqdan sonra onu dərhal sobaya qoymayın. Bir müddət dincəlməsi onun qabarmasına gətirib çıxardacaq.
3. Keki sobaya qoymazdan əvvəl sobanı qızdırın və temperaturu düzgün tənzimləyin.
4. Xəmiri sobaya qoyduqdan sonra sobanın qapısını açmayın. Buxarın sobadan çıxmasına imkan verməyin.
5. Keki dərhal sobadan çıxarmayın. Sobanı söndürdükdən sonra onu 5-10 dəqiqə orda saxlayın. Bu, tortunuzdakı qabarcıqların çökməsinin qarşısını alacaq.