Zoğal çox aşağı kalorili giləmeyvədir: 100 q-da cəmi 28 kkal var. Daha da əhəmiyyətlisi, karbohidrat və şəkərdə azdır. Əsas hissəsi pəhriz lifidir, buna görə də zoğal diabet xəstələri və həzm pozğunluğu olan insanlar üçün əla seçimdir. Foodinfo.az xəbər verir ki, bundan əlavə, zoğal vitamin və minerallarla zəngindir. Diyetoloq Anna Tsukanova xatırladıb ki, bəzən giləmeyvə bütün faydalı xüsusiyyətlərini itirə bilər.
Yüksək temperatura məruz qaldıqda, zoğal flavonoidlərinin yarıdan çoxunu itirir. Amma soyuqdəymələrin qarşısını almaq və müalicə etmək üçün ondan çox vaxt meyvə içkiləri hazırlanır.
Ancaq ən yaxşı seçim hələ də təzə və dondurulmuş giləmeyvədir. Qiymətli maddələrin maksimum miqdarını əldə etmək üçün işlənməmiş zoğal yemək tövsiyə olunur.