"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair ölkəyə idxal olunacaq qida məhsullarına nəzarəti gücləndirmək üçün 3 dəhlizin yaradılmasını nəzərdə tutur". Foodinfo.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyev deyib. O bildirib ki,  hazırda agentlik bu sahədə bir sıra işlər həyata keçirir.  Yaradılacaq 3 dəhliz (yaşıl, sarı, qırmızı) məhsulların daşıdığı risk səviyyəsinə görə, uyğunlaşdırlacaq. Yəni məhsullar bu dəhlizlərdən keçməklə, həmçinin labaratoriya müayinə olunmaqla sertifikatlaşdırlacaq. Kərim