Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, süd məhsulları istehsalı sahəsində çalışan sahibkarların dinlənildiyi görüşdə əhalinin sağlam və təhlükəsiz süd məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilib, beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli süd məhsullarının istehsalı və beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.
Agentliyin Aparat rəhbəri Rəşad Mafusov qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi, eləcə də ictimai iaşə və xidmət sahələrində istifadəsi ilə bağlı qanunvericiliyin tələblərini sahibkarlara izah edib.
O bildirib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcək.
Son xəbərlər
- HƏR GÜN ÇÖRƏK YEMƏYİN TƏSİRİ
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN