“Mərkəziləşmiş ət kəsim və satışı məntəqələri istehlakçıların və sahibkarların həssaslığı nəzərə alınmaqla, onların iştirakı ilə təşkil olunacaq” Bu fikirləri Foodinfo.az-a açıqlamasında  Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyib. Agentlik rəsmisinin sözlərinə görə, burada əsas məqsəd ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsidir . Yaradılmış məntəqələr kəsimdən öncə diri heyvanların müayinəsini, kəsimdən sonra isə ət və ət məhsullarının müayinəsinə imkan verən müvafiq laboratoriya ilə təmin ediləcək . Respublikanın rayon və şəhərlərində heyvan kəsim məntəqələrinin yaradılması üçün müxtəlif sahibkarlıq subyetklərinə yerli icra hakimiyyəti orqanları tərəfindən dəstək göstəriləcəkdir. Qeyd edilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq araşdırmalar aparılaraq zəruri ehtiyaclar müəyyən ediləcək, əhalinin və sahibkarlıq subyektlərinin təlabatı və imkanları dəyərləndiriləcəkdir. Bütün bunlardan sonra “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələn baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısını almaq istiqamətində tədbirlər həyata keçiriləcək. Eyni zamanda qeyd edim ki, bu prossesdə sahibkrlarla yanaşı vətəndaşların da iştirakı vacib şərtlərdən biridir. Bu sahədə qısa müddət ərzində nəaliyyətin əldə olunması üçün ictimai nəzarət və vətəndaş mövqeyi xüsusi əhəmiyyət kəsb edir . Məsələn, insanların gur yaşadığı hansısa yaşayış məntəqəsinin mərkəzində, açıq havada hər gün məktəbə gedən uşaqların gözü önündə canlı heyvan kəsilib, qanı ətrafa axıdılır və digər tullantıları ərazidə qalırsa bu problemin həllində hər bir sakin maraqlı olmalıdır. Nəzərə alınmalıdır ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Təbbi ki, prosses paytaxt Bakıda və ölkəmizin bütün regionları üzrə insanların təlabatı və ehtiyacları öyrənildikdən, hazırkı şəraitdə fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı, texniki imkanları və standartlara uyğunluq səviyyəsi müəyyən edildikdən sonra mərhələli şəkildə həyata keçiriləcək. Mərkəziləşmiş ət kəsim və satışı məntəqələri istehlakçıların və sahibkarların həssaslığı nəzərə alınmaqla, onların da iştirakı ilə həyata keçiriləcək. Bütün prosses hər iki tərəfin maarifləndirilməsi və zəruri köməkliklərin göstərilməsi ilə müşaiət olunacaq. Düşünürəm ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır