Səhər yeməyi sağlam həyat prinsiplərinə riayət etmək üçün ilkin şərtdir. İlk yeməyi qaçırmaq olmaz.

Alimlər səhər yeməyi üçün ən faydalı qidaları açıqlayıblar.

Bu qidalar bizi müxtəlif təhlükəli xəstəliklərin inkişafından qoruyur və çəkimizi qoruyub saxlamağa imkan verir.

Hansı məhsullar günün ilk yeməyi üçün ən uyğun hesab olunur?

Foodinfo.az bu qidaları təqdim edir:

1. Yulaf əzməsi

 Yulaf əzməsi ən faydalı səhər yeməyi hesab olunur. Sadəcə unutmayın ki, əsl yulaf əzməsinin faydaları var. Bişirmə tələb etməyən markalar tamamilə yararsızdır.

Yulaf əzməsi daxili orqanlara yaxşı təsir edir və uzun müddət aclığınızı doyurmağa imkan verir.

2. Təbii qatıq

 Qatığın tərkibində şəkər və süni əlavələr olmadığından əmin olun. Əks halda sağlam məhsul əvəzinə günə sağlamlığa o qədər də xeyirli olmayan desertlə başlayacaqsınız.

Qatığın dadını yaxşılaşdırmaq üçün ona giləmeyvə və meyvə parçaları əlavə edə bilərsiniz.

3. Kəsmik

Tərkibində az yağ olan təbii kəsmik almaq yaxşıdır. Bu məhsul yalnız sağlam deyil, həm də pəhrizdir.

Qatıqda olduğu kimi, dadı yaxşılaşdırmağın yeganə yolu təbii inqrediyentlərin köməyidir.

4. Toyuq yumurtası

Bəzi dietoloqlar hesab edirlər ki, bu səhər yeməyinin ən sağlam növüdür. Yumurtaları qaynatmağa və ya omlet hazırlamağa çalışın.

5. Bir fincan çay

Qəhvəni çayla əvəz etmək daha yaxşıdır. Qeyd edək ki, çay heç bir qatqıdan istifadə etmədən içilməlidir.