Almaniyada inflyasiya 2023-cü ilin martında 7,4 faizə düşüb. 

Foodinfo.az xəbər verir ki, bu barədə yerli RND nəşri yazıb. 

Bildirilir ki, ilin əvvəlində ölkədə sözügedən göstərici 9 faizə qədər olub. Qeyd olunur ki, bu azalma vətəndaşlar üçün hissedilən olmayıb. Çünki yüksək elektrik və qaz qiymətləri əhaliyə ağır yükə çevrilib. Bununla yanaşı marketlərdə də ərzaq qiymətləri yüksək qalmağa davam edib. 

Belə ki, istehlak qiymətləri cari ayda ötən ayla nisbətdə 0,8 faiz artıb.