Ana südünün körpələrin bəslənməsində mütləqliyini qeyd edən Pediatrik Xəstəliklər Mütəxəssisi Dos. Dr. İlke Mungan Akın, "hazır qida" həmişə ikinci planda olmalıdır. Ailələr, qutuların deformasiya olunmadığına və paketi açdıqlarında pis qoxunun gəlməməsinə diqqət yetirməlidirlər" deyib. Azmedia.az Türk mətbuatına istinadla qeyd edir ki, körpələrin qidalanmasında ən çox üstünlük verilən hazır qidalar haqqında xəbərdarlıq edən məşhur pediatr, ana sütünün hər şeydən öncə gəlməli olduğunu vurğulayıb. "Analar, hazır qidaların yaxşı şəraitdə hazırlanmasından və marketlərə çatdırılmasındam əmin olmalıdır. Bunlar, tozlaşdırılmış süt məhsulları olduğundan quru və sərin yerlərdə saxlanılmalıdır. Hər zaman ana sütü öncəlik olmalı, hazır qidalar ikinci planda olmalıdır. Lakin hazır qidalardan istifadə zamanı paketləri açdıqdan sonra soyuducuya qoymaq kimi yalnışlara yol vermək olmaz." deyə bildirib. Körpələrin bəslənməsində ən asan, ideal və maddi cəhətdəndən ən sərfəli olanın ana sütü olduğunu xatırladan pediatr, "ana sütünü artırmaq üçün yöntəmlərə əl atmalıdırlar, ananın sütünün yetərli olması üçün öncəliklə yetərli maye qəbul etmək lazımdır. Körpə əmizdirən analar bu dönəmdə əvvəlki dönəmlərə nisbətən daha çox maye qəbul etməli, şirin qidalarla yox, proteinlə zəngin qidalar yeməlidirlər." deyərək fikrini ifadə edib. Əlavə qidaların 6 aydan tez verilməməli olduğunu vurğulayan Dr. Akın, "evdə hazırlanan məmulatların 6 aydan tez verilməsinin əleyhinəyik. Ən böyük səhvlərdən biri körpələri 6 ay olmamış digər qidalarla tanış etməkdir. Bu zaman körpələr ana sütündən uzaqlaşır. 6-cı aydan sonra uşaqları yavaş-yavaş hazır qidalarla tanış etməliyik. Yoqurt, meyvə cə tərəvəz suları , həmçinin, pürelərini vermək olar. 1 yaşdan etibarən körpənin ailə süfrəsində yer almasını məsləhət görürük." deyə tövsiyyələr edib.