ABŞ-da aparılan bir araşdırma, arıqlamaq üçün nahar vaxtının kritik əhəmiyyət kəsb etdiyini ortaya qoyub.

 Foodinfo.az-ın məlumatına görə, axşam saat 5-dən sonra yemək arıqlamağı çətinləşdirdiyi məlum olub. Axşam saatlarında kalori yandırma sürətinin çox daha yavaş olduğunu qeyd edən mütəxəssislər səhər tezdən yeməyin həm aclığı daha asan yatıracağını, həm də arıqlamağa kömək edəcəyini bildiriblər. Alimlər müntəzəm olaraq axşam 5-də yemək yeyənlərlə axşam 9-da yemək yeyənləri müqayisə ediblər. Daha əvvəl yemək yeyənlərin daha az ac olduğu, daha tez yeyənlərin isə bədənlərində daha az yağ yığdığı açıqlanıb.

 Gec yeməyin yemək istəyini artıran leptin və qrelin hormonlarına təsir etdiyini müəyyən olunub.