Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 007 287 ton kartof istehsal olunub. Foodinfo.az Apa-ya istinadən xəbər verir ki,  Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,6% artıb. Hesabat dövründə ölkədə 56,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,8% azdır. Bununla yanaşı, cari ilin 10 ayında kartof yığımında məhsuldarlıq 180 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 7 sentner və ya 4% çoxdur.