ABŞ-da Hot-doq və Sosislər üzrə Milli Şura (HSMŞ) ketçupa qarşı müharibəyə qalxıb və böyüklərə hot-doqu onunla yeməyi qadağan edib.

Foodinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Ketçupun sosiska, hot-doq və hamburger üçün ən məşhur souslardan biri olaraq qalmasına baxmayaraq, mütəxəssislər onun istifadəsini böyüklər üçün qəbuledilməz hesab edirlər. Onların fikrincə, bu əlavə yalnız uşaqlar üçün uyğundur.

Hot-doq və Sosislər üzrə Milli Şuranın rəhbəri Erik Millental hesab edir ki, ketçupun şirinliyi hot-doqun dadına uyğun deyil. Hot-doqları xardal, soğan və duzlu kələm ilə yemək daha yaxşıdır.

Hələ 2021-ci ildə Millental mətbuata açıqlamasında etirazını bildirərək deyib ki, HSMŞ qaydalarına görə, yalnız uşaqlar hot-doqa ketçup əlavə edə bilər. Lakin amerikalıların əksəriyyəti bu fikirlə razılaşmır. Həmin ildə keçirilər sorğuya əsasən, amerikalıların 61 faizi hot-doqu ketçupla yeməyi sevir. Birinci yerdə isə xardaldır.

Fərid