Bəzi qidalar xolesterini artırır, bu isə qan dövranı sistemininin fəaliyyətini pozur, beynin oksigenlə doyma səviyyəsinə təsir edir və nəticədə bol tərləməyə səbəb olur. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Lyudmila Mikityuk deyib.

Pasiyentdə kəskin tər problemi müşahidə olunursa, kompleks terapiyada o, ən azı yarımfabrikatlardan, souslardan və "fast food"dan imtina edərək qida rasionunu da tənzimləməli olacaq.

"Mümkün qədər yağ qəbulunu azaltmaq lazımdır. Süd məhsullarının yağlılığı 2,5%-dən çox olmamalıdır. Tərkibində gizli yağların çox olduğu kolbasa, sosiska, konservləri, həmçinin ekstraktiv (kıskin dadı olan) yeməklərdən imtina edilməlidir", - deyə diyetoloq tövsiyələrini edib.

Müxtəlif ədviyyatlar, sarımsaq, alkoqol və qəhvə də qadağandır. Onlar simpatik sinir sistemini aktivləşdirirlər, bu da tərləməyə təsir göstərir. Lyudmila Mikityukun sözlərinə görə, çox isti yemək də bizi tərlədir, buna görə yeməklərin soyumasını gözləmək daha yaxşıdır

Nurlan