Bəzi şəkərsiz qidalar piylənmə, şəkərli diabet və bir sıra digər xəstəliklərin inkişafı üçün təhlükəli amil olan qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb ola bilər.
Foodinfo.az bildirir ki, yüksək glisemik indeksi olan qidalar var. Bu, qlükoza udma sürətinin qiymətləndirilə biləcəyi bir göstəricidir.
Belə məhsullar arasında buğda çörəyi, buğda unundan hazırlanan istənilən xəmir xörəkləri, kartof püresi, ağ düyü, qarğıdalı, hazır dənli bitkilər, popkorn, vafli, çipsləri qeyd etmək olar.
Bu siyahıya həmçinin qaynadılmış çuğundur, yerkökü, balqabaq və quru meyvələr daxildir.
Nərmin